"ASAN Peşə" Təhsil Mərkəzində ilk dərs
Sentyabrın 17-də Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzində yeni tədris ilinin başlanması ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, birinci müavin İlham İsmayılov, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor əvəzi Amil Əlili, Mingəçevir "ASAN Xidmət" Mərkəzinin nümayəndələri, peşə təhsili müəssisəsinin müəllim-pedoqoji heyəti, valideynlər və tələbələr iştirak edib.
Mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, birinci müavin İlham İsmayılov müəllimləri, tələbə və valideynləri yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edərək onlara uğurlar arzulayıb.
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor əvəzi Amil Əlili peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı sahələrdən biri olduğunu qeyd edib, bu sahədə aparılan islahatlar və həyata keçirilən layihələr barədə geniş məlumat verib. Amil Əlili peşə təhsili müəssisələrinə qəbulda “ASAN peşə” layihəsinin tətbiqinin, Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzinin yaradılmasının peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirlərdən olduğunu diqqətə çatdırıb.
Sonra tədbir iştirakçıları "ASAN Peşə" Təhsil Mərkəzində yaradılan şəraitlə tanış olublar.
Cari tədris ilindən etibarən fəaliyyətə başlayan “ASAN Peşə” Təhsil Mərkəzində 5 ixtisas üzrə tədris aparılacaq. 3 mərtəbədən ibarət olan mərkəz müasir tələblərə cavab verən bütün növ zəruri avadanlıq, tədris olunacaq peşələrə uyğun ixtisas fənn kabinetləri, təlim və tədris vəsaitləri ilə təchiz olunub.
5 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42