Müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir
İyulun 25-də Azərbaycan dili və ədəbiyyatı üzrə imtahanlarda 3231 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə olaraq 58 bal qeydə alınıb. İyulun 26-da Azərbaycan dili və ədəbiyyatı üzrə test imtahanları davam edəcək. Həmin gün keçirilən Azərbaycan dili, rus dili, rus dili və ədəbiyyatı, fransız dili və musiqi üzrə test imtahanlarında 3493 namizədin iştirakı gözlənilir.
Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilən imtahanlar iyulun 31-də başa çatacaq.
Qeyd edək ki, imtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.
5 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42