SABAH qrupları Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin sərgisində
London şəhərində Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin illik yekunlarına həsr olunmuş hesabat sərgisi keçirilib.
Ənənəvi olaraq hər il Şahzadə Çarlzın iştirakı ilə keçirilən, məzunların fəaliyyətinin nəticələrini təbliğ və beynəlxalq təcrübə mübadiləsi məqsədini ehtiva edən tədbirə Təhsil Nazirliyi SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, Mədəniyyət Nazirliyi, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin əməkdaşları da qatılıb.
Hesabat sərgisində magistr və doktorantura proqramlarını bitirməkdə olan tələbələrin işləri, o cümlədən Şahzadə Məktəbinin Beynəlxalq Tanıtım Proqramları çərçivəsində hazırlanmış işlər nümayiş olunub.
İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin rəssamları da sərgidə öz əl işləri ilə iştirak ediblər. Ölkəmizin zəngin milli-mədəni irsinə uyğun ənənəvi naxışlarla və müasir üsullarla işlənən məhsullar böyük marağa səbəb olub və yüksək qiymətləndirilib.
Tədbirdə Şahzadə Çarlza SABAH qrupları ilə bağlı məlumat verilib, SABAH qrupları, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi və Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi ilə birgə əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd edək ki, 2004-cü ildə Uels Şahzadəsi Çarlz tərəfindən təsis olunmuş Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi (PSTA) rəssamlara Uels Universiteti tərəfindən təsdiq olunmuş diplomdan sonrakı təhsil çərçivəsində tədqiqatların aparılmasına imkan yaradır.
5 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42