Təhsil Nazirliyi sualları canlı yayım vasitəsi ilə cavablandıracaq
İyunun 29-da saat 11:00-da “Təhsil” televiziyasının “Həftənin sualı” verilişi Təhsil Nazirliyinin “Facebook” sosial şəbəkəsindəki səhifəsi üzərindən canlı olaraq yayımlanacaq.
Canlı yayımda Cəsarət Valehovun qonağı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə olacaq.
Verilişdə iyulun 2-dən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilməsindən danışılacaq, müsabiqənin mərhələləri, vakant yerlərin seçimi və bu mövzuda digər suallara aydınlıq gətiriləcək.
Mövzuya uyğun sualları canlı yayım zamanı şərhlər bölməsinə yaza bilərsiniz.
5 il əvvəl
Digər xəbərlər
-
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02