• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bu il XI sinifləri 83 001 nəfər şagird bitirir

2017-2018-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 111 257 nəfər, XI siniflərini 83 001 nəfər, qiyabi  (axşam) ümumtəhsil məktəblərini isə 658 nəfər şagird bitirir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinin IX sinifləri üzrə 28 489, XI sinifləri üzrə 19 254 nəfər şagird bitirir.

2017-2018-ci tədris ilində respublika üzrə 4442 ümumi təhsil məktəbində fəaliyyət göstərən 4767 məktəbəhazırlıq qrupunu 93 960 uşaq başa vurub. Paytaxt üzrə 349 ümumi təhsil məktəbindəki 876 məktəbəhazırlıq qrupunu 23 551 uşaq bitirib. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına respublika üzrə cəlb ediləcək uşaqların sayı beşyaşlıların 75 faizini təşkil edəcəyi proqnoz edilir.

2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə     165 780 şagirdin, Bakı şəhəri üzrə isə 51 000-dən çox uşağın qəbulu proqnozlaşdırılır.

Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, "Son zəng"  tədbiri iyunun 14-də hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunacaq. Əmrdə məktəb rəhbərlərinə “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri, məktəbin sabiq məzunlarının iştirakı tövsiyə olunub. Yerli təhsili idarəetmə qurumları tərəfindən “Son zəng”in məzmunlu keçirilməsi və şagirdlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.

Məzunları təbrik edir, onlara gələcək həyat və təhsillərində uğurlar arzulayırıq!


5 il əvvəl