Məktəblilərimiz Ukraynada festivala qatılıb
Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən “Dnepr yamaclarında mətbuat-yazı” adlı XV Beynəlxalq Uşaq-Gənclər Jurnalistika Festivalında iştirak edib.
8 ölkədən 150-yə yaxın iştirakçının qatıldığı festivalda Azərbaycanı mərkəzin 2 nəfər dərnək üzvü və rəhbər heyəti təmsil edib.
Festivalın açılışından əvvəl Ukrayna Respublikasının kütləvi informasiya vasitələrinin də iştirak etdiyi mətbuat konfransı keçirilib. Konfransda 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin
direktoru Əminə Musayeva çıxış edərək Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, milli adət-ənənələri və mərkəzin fəaliyyəti haqqında məlumat verib.
Festivalın açılış mərasimində təmsilçilərimiz “Sarı gəlin” rəqsini təqdim edib. Mərkəzin dərnək üzvü Kövsər İbrahimovanın “Dünyanı yaxşılığa doğru dəyişək” adlı layihəsi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək xüsusi mükafata layiq görülüb.
Daha sonra uşaqlar intellektual oyunlardan ibarət yarışmada iştirak ediblər. Yarışda festivalın kubokunu və laureat adını qazanan komandamız Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən xüsusi diplomlarla təltif olunub.
5 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42