11.05.2018

Təhsil naziri Kanadanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Mayın 11-də təhsil naziri Ceyhun Bayramov Kanadanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Con Kuter ilə görüşüb.

Görüşdə Azərbaycan və Kanada arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən Azərbaycan və Kanada ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.


Açar sözlər: