• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Akademik Zərifə xanım Əliyevanın 95 illiyinə həsr olunmuş tədbir

Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi münasibətilə Ana – müqəddəslik zirvəsi” adlı tədbir keçirilib.

Mərkəzin rəhbəri Lalə Qəti akademik Zərifə xanım Əliyevanın zəngin elmi yaradıcılığı, mənalı ömür yolu haqqında məlumat verib. 

Tədbirdə “Böyük insan, unudulmaz alim” adlı məruzə dinlənilib, görkəmli alim Zərifə xanım Əliyevaya həsr olunan film nümayiş olunub. Rəsmi hissə bəstəkar Sevinc Tofiqqızının Leyla xanım Əliyevanın sözlərinə bəstələdiyi və mərkəzin gənc vokalçılarının ifa etdiyi "Getmə, ana!" (“Мама, не уходи!”) mahnısının klipinə baxış ilə başa çatıb.

Tədbirin bədii hissəsi mərkəzin foyesində Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Ana – müqəddəslik zirvəsi” adlı sərginin nümayişi ilə başlayıb. Bədii qiraətçilərin ifasında Zərifə xanıma həsr olunmuş şeirlər, gənc vokalçıların ifasında isə “Ana” mövzusunda mahnılar səslənib.

Sonda “Ana” mövzusunda ən maraqlı və orijinal rəsm əsərləri çəkən gənc rəssamlar Fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

Tədbirdə millət vəkili Sədaqət Vəliyeva, Nizami və Nəsimi Rayon İcra hakimiyyətlərinin əməkdaşları, Zərifə Əliyeva adına Azərbaycan Milli Oftalmologiya Mərkəzinin oftalmoloq həkimləri və digər qonaqlar iştirak edib.


5 il əvvəl