Dərnək rəhbərləri və müəllimlər üçün təlimlər
“Təhsildə İnnovativ Texnologiyalar” (İTE) əlavə təhsil mərkəzi məktəbdənkənar təhsil müəssisələrinin dərnək rəhbərləri və müəllimləri üçün ixtisasartırma təlimləri keçirib.
Təlimlər “Tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə”, “Müasir tədris strategiyaları və layihə metodikasının istifadəsi” üzrə təşkil edilib.
Təlimlərin keçirilməsində əsas məqsəd dərnək rəhbərlərinə, müəllimlərə texnologiyanın tətbiqi və layihə üsulu vasitəsilə şagirdyönümlü təlimin təşkilinə dəstək olmaq, XXI əsr bacarıqlarının inkişafı üçün texnologiyanın təhsildə səmərəli istifadəsini aşılamaq, İKT alətlərindən məqsədyönlü istifadə üzrə praktik bacarıqlar formalaşdırmaqdır.
“Tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə" üzrə ixtisasartırma xidmətindən 156 nəfər müəllim və dərnək rəhbəri artıq təlimdən keçib. “Müasir tədris strategiyaları və layihə metodikasının istifadəsi” üzrə ixtisasartırma xidməti isə hazırda davam edir. Bu layihə çərçivəsində 150 nəfər heyətin təlimdə iştirakı gözlənilir.
6 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42