Monitorinq və qiymətləndirmə mövzusunda təlim keçirilib
“Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafına Avropa İttifaqının (Aİ) dəstəyi layihəsi çərçivəsində monitorinq və qiymətləndirmə mövzusu üzrə təlim keçirilib.
Tədbirdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, ilk peşə-ixtisas təhsili müəssisələrinin nümayəndələri, həmçinin layihənin ekspertləri iştirak edib.
Təlimin məqsədi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planına uyğun olaraq ixtisaslaşma sahələri nəzərə alınmaqla hazırlanmış əsas fəaliyyət göstəricilərinin müəyyən edilməsi metodikası barədə birgə müzakirələrin aparılması və bununla bağlı peşə təhsili müəssisələrinin məlumatlandırılması olub.
Təlimdə beynəlxalq ekspert Valid Madhun tərəfindən peşə təhsili və təlimi müəssisələrinin fəaliyyətinin keyfiyyətinə və təkmilləşdirilməsinə nəzarətin həyata keçirilməsi sahəsində monitorinq və qiymətləndirmənin əhəmiyyəti məsələlərindən söz açıb. Həmçinin monitorinq və qiymətləndirmənin formaları və ölçülməsi üsulları, nəticəyə əsaslanan fəaliyyətin qiymətləndirilməsi, əsas fəaliyyət göstəriciləri, onların müəyyən edilməsi metodikası, planlaşdırma barədə təlim iştirakçılarına məlumat verilib.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
6 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42