• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Məktəbdənkənar təhsil müəssisələrində idarəetmə və işin təşkili” mövzusunda konfrans

Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində respublikanın  regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin rəhbərləri üçün “Məktəbdənkənar təhsil müəssisələrində idarəetmə və işin təşkili” mövzusunda respublika konfransı keçirilib.

Konfrans uşaq-gənclər inkişaf mərkəzləri ilə işgüzar münasibətlərin qurulması, əlaqələrin möhkəmləndirilməsi və iş fəaliyyətinin daha da gücləndirilməsi məqsədilə keçirilib.

Üç gün davam edən konfransda Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin  müdiri Vasif Məmmədov, Uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova, Təhsil İnstitutunun şöbə müdiri Piralı Əliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı Laçın Həsənova, uşaq-gənclər inkişaf mərkəzlərinin rəhbərləri və nümayəndələri təqdimatla çıxış ediblər.

Tədbirdə  3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimləri tərəfindən  “açıq dərs”lər və “ustad dərsləri” təqdim olunub. Bölmə iclasları keçirilib, təkliflər səsləndirilib, müxtəlif mövzular ətrafında müzakirələr aparılıb.

Konfrans Azərbaycan Dövlət Rus Dram Teatrında 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii kollektivlərinin tədbir iştirakçıları üçün hazırladığı “Dostluq nağılı” adlı teatrlaşdırılmış konsert proqramı ilə başa çatıb.


6 il əvvəl