Tələbə könüllülərə təqaüd veriləcək
8 il əvvəl
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə ictimai dəstək verilməsi məqsədi ilə keçirilən “Könüllü” Tələbə təqaüd proqramı müsabiqəsi başa çatıb.
Ötən ilin oktyabr ayından start verilən müsabiqəyə 58 müraciət daxil olub.
“Könüllü” Tələbə Təqaüd Proqramının büdcəsi, dosent Nadir Adilov tərəfindən yazılan, Azərbaycan Universiteti Elmi Şurasının rəyi ilə nəşr edilən “Gəncsən? Başla!” gənclər üçün şəxsi inkişaf kitabının satışından əldə edilən vəsait hesabına və müəllifin şəxsi təşəbbüsü ilə formalaşıb.
Təqaüd fondunun ümumi miqdarı 3000 manat təşkil edir. Müsabiqəyə daxil olan müraciətlər komissiya tərəfindən dəyərləndirilib, 2 tələbə könüllünün hər birinə 500 manat məbləğində birdəfəlik təqaüd verilməsi qərara alınıb. Həmçinin, könüllüllük fəaliyyətinə stimullaşdırılmasına dəstək məqsədi ilə 20 tələbə-könüllünün hər birinə 100 manat pul mükafatı ayrılmasına qərar verilib.
Fevralın 8-də YARAT Müasir İncəsənət Məkanında keçiriləcək mərasimdə təqaüdlər tələbə könüllülərə təqdim olunacaq.
Digər xəbərlər
-
“BilBacar” müsabiqəsi yenidən başlayır!
03.11.2026 - 16:58 -
Nazir müavini Firudin Qurbanov Tərtər rayonuna səfər edib
02.11.2026 - 18:30 -
Azərbaycan Tələbə Liqasının 2026/2027 mövsümünə start verilib
02.11.2026 - 12:50 -
Elm və təhsil naziri Ağstafada vətəndaşları qəbul edəcək
02.11.2026 - 12:20 -
NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29) öz işinə başlayıb
30.10.2026 - 20:00
