“Cücələrim” ansamblı festivalda birincilik qazanıb
Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Cücələrim” ansamblı XVII Beynəlxalq Uşaq Yaradıcılıq Forumu və “Milad Ulduzları - 2018” festival-müsabiqəsinin əsas Yeni il festivalında I yeri qazanıb. Festival “Şəhərlərin Həyatı” Festival Komitəsi tərəfindən Moskvanın "Kosmos" Böyük Konsert Zalında keçirilib.
Festival Rusiyanın müxtəlif şəhərləri, MDB və digər xarici ölkələr ilə yaradıcı nailiyyətlərin mübadiləsinin aparılması, uşaq yaradıcılığının təbliği, gənc istedadların yaradıcılıq imkanlarının reallaşdırılmasına dəstək göstərilməsi və aşkarlanması, qorunması, inkişafı, uşaq kollektivlərinin ustalıq və ifaçılıq mədəniyyətinin artırılmasına köməklik edilməsi məqsədi daşıyıb.
Festivalda 2500 uşaq kollektivi iştirak edib. Beş gün davam edən festivalda “Cücələrim” ansamblı Azərbaycan rəqslərini təbliğ edib, milli rəqslərimizə xas olan və onu başqa xalqların rəqslərindən fərqləndirən səciyyəvi cəhətləri nümayiş etdiriblər.
Klassik, xalq və estrada rəqsləri, uşaq xor kollektivləri və vokal ansamblları, uşaq orkestrləri və musiqi ansamblları, fraqmentlərlə uşaq operettaları kimi müxtəlif janrlarda təşkil olunmuş müsabiqədə “Cücələrim” ansamblı digər rəqiblərini üstələyərək birincilik kubokunu əldə edib.
Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə, müəllim heyəti və ansamblın üzvləri Moskva Mədəniyyət Departamenti, Moskva Həmkarlar İttifaqları Federasiyası tərəfindən xüsusi mükafat və hədiyyələrlə, diplom və sertifikatlarla təltif olunub.
6 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42