"SABAH" xaricdə təhsil sərgisi keçiriləcək
Noyabrın 23-də Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin təşkilatçılığı ilə "SABAH" xaricdə təhsil sərgisi keçiriləcək. Sərgidə ABŞ, Birləşmiş Krallıq, Almaniya, Fransa, İspaniya və digər ölkələrin universitetləri iştirak edəcək.
Sərgi iştirakçıları bakalavriatura, magistratura, doktorantura, MBA proqramları, yay kursları, qısamüddətli kurslar, təcrübə və xarici dil proqramları, həmçinin müxtəlif təqaüd və güzəşt imkanları haqqında məlumat və məsləhət almaq imkanı əldə edəcəklər.
Sərgi çərçivəsində müxtəlif təhsil pillələri, universitetlərə müraciət, uğurlu viza sənədləşməsi mövzularında seminarlar təşkil olunacaq.
"SABAH" xaricdə təhsil sərgisində iştirak etmək istəyənlər www.sabahsergisi.eventbrite.com saytından qeydiyyatdan keçə bilərlər.
6 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42