• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Səndən öyrəndim” müsabiqəsinə yekun vuruldu

Oktyabrın 5-də "Məktəblinin dostu" layihəsinin təşəbbüsü ilə Müəllimlər gününə həsr edilən “Səndən öyrəndim” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə millət vəkili, yazarlar,  təhsil ekspertləri, şagird və müəllimlər iştirak edib.

Müsabiqənin məqsədi müəllim peşəsinin dəyərinin, onlara olan xoş münasibətin şagirdlər tərəfindən ifadəsinə imkan yaratmaqdır.

Müsabiqənin qaydalarına uyğun olaraq, layihəyə daxil olan 31 ümumtəhsil məktəbinin şagirdləri müəllim haqqında düşüncələrini əks etdirən video-çarx hazırlayaraq “Məktəblinin dostları”na təqdim ediblər. İlk mərhələdə ən çox baxılan 10 video -çarx seçilib və daha sonra ilk üçlüyün müəyyənləşdirilməsi üçün münsiflər heyətinə təqdim edilib. Münsiflər heyəti videoların məzmununa, səsləndirmə, keyfiyyət və yaradıcılıq səviyyəsinə görə məktəbləri qiymətləndirib.

Nəticələrə əsasən, Bakı şəhəri 139 nömrəli tam orta məktəb birinci,57 nömrəli tam orta məktəb ikinci,158 nömrəli tam orta məktəb isə üçüncü yerə layiq görülüblər.

"Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.

 


6 il əvvəl