• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Peşə təhsili mərkəzlərinin müasirləşdirilməsi üçün fəaliyyət qrantları” mövzusunda seminar

Oktyabrın 3-də “Peşə təhsili və təlimində dövlət-özəl sektor əməkdaşlığı və Avropa İttifaqının Azərbaycanda Təhsilə dəstək proqramı - peşə təhsili mərkəzlərinin müasirləşdirilməsi üçün fəaliyyət qrantları” mövzusunda seminar öz işinə başlayıb.

Seminar Avropa İttifaqı (Aİ), Avropa Təlim Fondu və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Seminarın əsas məqsədi “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafı üzrə Strateji Yol Xəritəsi”nin hədəflərinə uyğun olaraq sosial tərəfdaşların, eləcə də işəgötürənlərin peşə təhsili sisteminin inkişafında oynadığı vacib rolu vurğulamaq, onların peşə təhsil və təlimi sisteminə inteqrasiyasını təmin etmək üçün dövlət-özəl tərəfdaşlığı çərçivəsində yaradılacaq yeni peşə təhsil mərkəzləri barədə məlumat vermək və bu istiqamətdə Avropa İttifaqının “Peşə təhsili mərkəzlərinin müasirləşdirilməsi üçün Fəaliyyət Qrantları” layihəsinin həyata keçirilməsi ilə bağlı müzakirələrin aparılmasından ibarətdir.

Seminarda Milli Məclisin üzvləri, dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər və işəgötürənlər iştirak ediblər.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev çıxış edərək bildirib ki,  son illər ərzində Azərbaycanda peşə təhsili və təlimi sistemi prioritet istiqamət kimi müəyyən olunub.   Famil Mustafayev ölkənin mövcud iqtisadi potensialının inkişaf etdirilməsi üçün peşə təhsilinin müasir standartlara cavab verməsinin mühüm şərt olduğunu qeyd edib,  Avropa İttifaqının Təhsilə dəstək proqramı çərçivəsində həyata keçirdiyi texniki yardımın  aparılan islahatlara öz töhfəsini verdiyini deyib.               

Sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli  müvafiq istiqamətdə aparılan islahatlardan danışıb,  ölkəmizdə ilk dəfə olaraq  “Peşə təhsili haqqında” qanunun hazırlandığını  diqqətə çatdırıb.

Aİ-nin Azərbaycan nümayəndəliyi üzrə əməkdaşlıq rəhbəri Ceroen Uilyams peşə təhsili sahəsində islahatların həyata keçirilməsi və bununla bağlı beynəlxalq təcrübənin öyrənilməsində təmsil olunduğu qurumun dəstəklədiyi layihə barədə iştirakçılara məlumat verib.

Tədbirdə müxtəlif təşkilatlar tərəfindən Gəncə şəhərində, Qəbələ, İsmayıllı, Qax, Cəlilabad və Bərdə rayonlarındakı ilk peşə-ixtisas təhsili müəssisələrində kənd təsərrüfatı, turizm, eləcə də digər iqtisadi sektorlar üzrə həyata keçiriləcək pilot layihələr təqdim olunub. Eyni zamanda beynəlxalq ekspertlər Finlandiyanın və Estoniyanın kənd təsərrüfatı sektoru üzrə peşə təhsili təcrübəsini bölüşüblər.

Seminar 20-24 noyabr 2017-ci il tarixlərində Avropada peşə təhsilinin təşviqi və peşəyönümü məqsədi ilə "Öz istedadını kəşf et" devizi altında keçirilən Avropa Peşə Bacarıqları Həftəsi tədbirləri çərçivəsində təşkil olunub.

Seminar öz işini oktyabrın 4-də davam etdirəcək. Finlandiya və Estoniyadan dəvət edilmiş peşə təhsili müəssisələri nümayəndələrinin bu ölkələrdə müvafiq sahədə aparılan islahatlar və işəgötürənlərin peşə təhsili sisteminə inteqrasiyası ilə bağlı təqdimatları dinləniləcək. 

5-6 oktyabr 2017-ci il tarixlərində isə tədbirin davamı olaraq İsmayıllı və Qəbələ şəhərlərinə səfərlərin həyata keçirilməsi, burada yerli işəgötürənlər və digər sosial tərəfdaşlarla əlaqələrin qurulması məqsədilə məsləhətləşmələrin aparılması planlaşdırılıb.

 


6 il əvvəl