• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Martın 2-də təhsil naziri Misir Mərdanov Almaniyanın “Winter” Şirkətinin rəhbəri Volfqan Vinterlə görüşüb.

Qonağı səmimi salamlayan nazir son illər Azərbaycanla Almaniya arasındakı mövcud əlaqələrin daha da inkişaf etdiyini diqqətə çatdırıb.  İki ölkə arasında təhsil sahəsində yaradılan əməkdaşlığın nəticəsi olaraq bir sıra uğurların əldə edildiyini bildirən Misir Mərdanov peşə təhsili üzrə Almaniya təcrübəsindən bəhrələnməyin əhəmiyyətindən bəhs edib. Nazir həmçinin,  Azərbaycanda peşə təhsilinə marağın artmasından söz açaraq bu məsələnin ölkə Prezidentinin diqqət mərkəzində olduğunu vurğulayıb və mövcud istiqamətdə həyata keçirilən tədbirlər barədə qonağa məlumat verib.
Təhsil naziri Misir Mərdanov Almaniya ilə Azərbaycan arasında təhsil sahəsində mövcud olan əməkdaşlıqdan məmnunluğunu bildirib və qonaqların Bakı şəhərində fəaliyyət göstərən bir sıra peşə təhsili müəssisələrində olmasının əhəmiyyətini qeyd edib. Nazir eyni zamanda  bu əməkdaşlığın inkişafı baxımından müvafiq təklifləri dinləməyə və qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin lazımi dəstək göstərməyə hazır olduğunu bildirib.
Səmimi qəbul üçün Misir Mərdanova təşəkkürünü bildirən qonaq ölkələrimiz arasındakı mövcud əlaqələrdən, Almaniyada peşə təhsilinə xüsusi əhəmiyyət verilməsindən söz açıb. Volfqan Vinter həmçinin, birgə əməkdaşlığın səmərəli nəticələr verəcəyinə ümid bəslədiyini vurğulayıb.
Görüşdə iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün müvafiq layihə sənədinin hazırlanması, gələcək perspektivlər və digər məsələlər barədə müzakirələr aparılıb.


8 il əvvəl