İnternat məktəbində “Beynəlxalq ailə günü”
Mayın 18-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində “Beynəlxalq ailə günü” ilə bağlı tədbir keçirilib.
Mərasimdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin könüllü tələbələri uşaqlarla birlikdə “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş rəsmlər çəkiblər. 10 nömrəli Sanatoriya tipli, 11 nömrəli İnteqrasiya təlimli və Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli internat məktəblərinin şagird kollektivi həyətyanı sahədə tələbələrlə birgə güllər əkiblər.
Tədbirdə, həmçinin hər üç müəssisə üzrə may ayında anadan olmuş şagirdlərin doğum günləri qeyd olunub.
Daha sonra media nümayəndələri 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi ilə tanış olub. Qonaqlara məlumat verilib ki, məktəb 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunub. Hazırda internat məktəbində 1108 nəfər şagird təlim-tərbiyə alır. Ümumtəhsil siniflərində 796, xüsusi siniflərdə isə 163 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 142 nəfər pedaqoji işçi məşğul olur.
2015-2016-cı tədris ilində internat məktəbini bitirən 39 nəfər məzundan 10 nəfəri sağlamlıq imkanları məhdud şagirddir. Ümumtəhsil siniflərindən məzun olan 29 nəfər şagirddən 9-u ali təhsil müəssisələrinə, 1 nəfəri isə kollecə qəbul olunub.
6 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42