• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Uber” SABAH qruplarının fiziki məhdudiyyətli tələbəsinə dəstək olub

SABAH qruplarının fiziki məhdudiyyətli tələbəsinə “Uber” beynəlxalq texnologiya şirkəti tərəfindən dəstək göstərilib. Belə ki, şirkət birinci qrup əlil olan Masər Həsənova universitetə “Uber” servisi ilə pulsuz gediş-gəliş imkanı yaradıb.

Qeyd edək ki, Masər Həsənov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin üçüncü kursunda rejissor peşəsini öyrənir. M.Həsənov "Everest – ilk addım", "Mənim Bakım" , "Kapoeyra" sənədli filmlərin, "Dünya biz  düşündüyümüzdən daha yaxşıdır" sosial video-çarxın, "Sevgi naminə" qısametrajlı filmin, “Payız uzunluğunda sevgi" kino-etüdün müəllifidir.

Bu məqsədlə keçirilən görüşdə ”Uber”in MDB ölkələri üzrə baş direktoru Aleksey Stax Masər Həsənova bilik əldə etməkdə kömək göstərməkdən məmnun olduqlarını bildirib. Fiziki məhdudiyyətli insanları dəstəkləməklə onların başqaları ilə bərabər inkişafına kömək etdiklərini deyən baş direktor bununla cəmiyyətin inkişafına töhfə verə biləcəklərinə inandığını deyib.

SABAH qruplarının İcraiyyə Komitəsinin  rəhbəri Şahin Seyidzadə bildirib ki, tələbələrin keyfiyyətli təhsilə əlçatanlılığı – SABAH layihəsinin prioritetidir. Xüsusi qayğı və diqqət tələb edən tələbələrin keyfiyyətli təhsilə əlçatanlılığı isə bizim ümumi məsuliyyətimizdir.

Şahin Seyidzadə “Uber” şirkətinə bu təşəbbüs və Masər Həsənova göstərdiyi dəstək üçün təşəkkür edib.  

"Uber" professional sürücü ilə avtomobillərin sifarişi üzrə mobil tətbiqi hazırlanmış beynəlxalq texnoloji şirkətdir. Şirkət dünya üzrə 73 ölkənin 450-dən çox şəhərində xidmət göstərir. Azərbaycanda "Uber" 2015-ci ilin aprel ayından etibarən fəaliyyət göstərir.


6 il əvvəl