Təhsil naziri “Salaam Şalom Qardaşlığı” təşkilatının nümayəndə heyəti ilə görüşüb
Martın 10-da təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan ABŞ-ın qeyri-hökumət təşkilatı “Salaam Şalom Qardaşlığı” təşkilatının nümayəndə heyəti ilə görüşüb.
“Salaam Şalom Qardaşlığı” təşkilatı yəhudi və müsəlman qadınlardan ibarətdir. Təşkilatın əsas məqsədlərindən biri antisemitizm və islamofobiyaya qarşı mübarizədir.
Görüşdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlar, Azərbaycanın təhsil sahəsində gender bərabərliyi, dinlərarası dialoq, tolerantlıq və multikulturalizm haqqında məlumat verillib. Həmçinin qonaqların çoxsaylı sualları cavablandırılıb və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
7 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42