18.02.2017

Bakı Avropa Liseyində debat keçirilib

Fevralın 18-də Bakı Avropa Liseyində “Mətbuat azadlığı sosial məsuliyyətlə məhdudlaşdırılmalıdırmı?” mövzusunda şagirdlər arasında debat yarışması  keçirilib.

Şagirdlərin  “Mətbuat azadlığı sosial məsuliyyətlə məhdudlaşdırmalıdırmı?” mövzusuna müraciət etməsi sosial məsuliyyət, cəmiyyətə obyektiv informasiyanın çatdırılması, qarşı tərəfin rəyinə hörmətlə yanaşılması kimi dəyərlərin media prizmasından araşdırılmasına xidmət edib.   

Məktəbin debat klubu üzvlərinin məqsədi jurnalist məsuliyyəti ilə bağlı mövcud problemləri göstərmək və eyni zamanda onlardan çıxış yolları üzərində birgə düşünmək olub.   

Şagirdlərin  debatında təhsi naziri Mikayıl Cabbarov, millət  vəkilləri,  media  kapitanları, müəllim, şagird  və valideynlər iştirak edib.  Debat alqışlarla qarşılanıb.


Açar sözlər: ,  ,