Müəllimlərin diaqnostik qiymətləndirilməsinə start verildi
Noyabrın 21-də Qubada dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə start verilib.
Quba Olimpiya İdman Kompleksində təşkil olunan və 3 gün davam edəcək qiymətləndirmədə Quba ilə yanaşı, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 6 minədək müəllim iştirak edəcək. Eyni zamanda ötən il Xaçmaz rayonu üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər də bu imtahanlara cəlb ediliblər.
Ölkənin 26 şəhər və rayonunda keçiriləcək diaqnostik qiymətləndirmə cari ilin dekabr ayının sonunadək davam edəcək.
7 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42