• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Məktəbdənkənar təhsil müəssisələrində idarəetmə və işin təşkili” mövzusunda seminar-təlim

Azərbaycan Milli Elmlər Akademiyasında “Məktəbdənkənar təhsil müəssisələrində idarəetmə və işin təşkili” mövzusunda  seminar-təlim keçirilib.

Təlimdə Təhsil Nazirliyinin tabeliyində olan məktəbdənkənar təhsil müəssisələrinin direktorları, metodistləri, ümumtəhsil məktəblərinin tərbiyə işləri üzrə məsul şəxsləri və uşaq birliklərinin rəhbərləri iştirak edib.

Seminara Belarus Respublikası Təhsil Nazirliyi Uşaq və Gənclərin Milli Bədii Yaradıcılıq Mərkəzinin rəhbər şəxsləri Nadejda Vasilçenko və  Larisa İsaçkina  qatılıb.

Tədbirdə metodiki vəsaitlərdən ibarət sərgi də təşkil olunub.

Seminarda bildirilib ki, Uşaq Yaradıcılıq Mərkəzi ilə Belarusun Uşaq və Gənclərin Milli Bədii Yaradıcılıq Mərkəzi arasında artıq bir neçə ildir ki, işgüzar və dostluq münasibətləri yaranıb. Təhsil Nazirliyinin sektor müdiri Ayla Həsənova məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti barədə məlumat verib.

Nadejda Vasilçenko “Milli Bədii Yaradıcılıq Mərkəzi-uşaq və gənclərin məktəbdənkənar fəaliyyətinin  innovativ  inkişaf mərkəzidir”, Larisa İsaçkina isə “Məktəbdənkənar müəssisələrdə uşaq və gənclərin metodiki vəsaitlə təmini” mövzularında çıxış edib, öz iş təcrübələrini bölüşüblər.

Təlimdən sonra Təhsil Nazirliyində hər iki mərkəz arasında dostluq və əməkdaşlıq barədə saziş imzalanıb.

Seminar çərçivəsində belaruslu qonaqlar Təhsil Nazirliyinin və Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən Belarus Mərkəzinin qonağı olacaq, Heydər Əliyev Mərkəzinə, şəhərimizin tarixi abidələrinə və görməli yerlərinə ekskursiya edəcəklər.

Seminar noyabrın 16-dək davam edəcək.             


7 il əvvəl