Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 noyabr 2016-cı il tarixli 431 nömrəli qərarı ilə Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik, Respublika Gənc Turistlər və Diyarşünaslıq mərkəzləri və T.İsmayılov adına Bakı Şəhər Uşaq-Gənclər Yaradıcılıq Sarayının bazasında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb.
Yeni müəssisənin yaradılması yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrinin vahid idarəetmə mexanizminin qurulması, mövcud ştat vahidləri və dərs yükü çərçivəsində onların maddi-texniki baza ilə təminatının təkmilləşdirilməsi məqsədi daşıyır.
Mərkəzdə uşaq və gənclərin asudə vaxtlarının müxtəlif profilli istiqamətlər üzrə səmərəli təşkili və onların hərtərəfli inkişafı üçün müasir dövrün tələblərinə cavab verən məkanların yaradılması nəzərdə tutulub. Geniş profilli müəssisə yaratmaqla, elm, texnologiya, ekologiya və yaradıcılığın bütün sahələrini əks etdirən, müasir gəncliyin tələbatına uyğun dərnək və qrupların, klub və s. birliklərin təşkili, müxtəlif müsabiqə, sərgi, bayram tədbirlərinin, həmçinin elmi-laborator təcrübələrin keçirilməsi planlaşdırılır.
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin İçərişəhər ərazisindəki keçmiş Azərbaycan Ensiklopediyasının binasında yerləşdirilməsi nəzərdə tutulub. Lakin qeyd olunan binada təmir işləri yekunlaşanədək həmin mərkəzlər öz fəaliyyətini hazırkı binalarında davam etdirəcəklər.
Yeni mərkəzin qədim tariximizin yaddaşı olan məkanda fəaliyyəti qoruğa daha çox uşaq və gənclərin cəlb edilməsi, eyni zamanda İçərişəhərin “Canlı tarix” konsepsiyasının reallaşdırılması istiqamətində növbəti addım olacaq, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların estetik dünyagörüşünün milli köklər üzərində formalaşmasına da müsbət təsir göstərəcəkdir.
Yeni yaradılan müəssisənin maddi-texniki bazasının möhkəmləndirilməsi, təchizatının gücləndirilməsi, təlimin müasirləşdirilməsi, cəlbediciliyin yüksəldilməsi gənclərimizin intellektual potensialına müsbət təsir göstərəcək.
8 il əvvəl
Digər xəbərlər
-
Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib
30.12.2025 - 17:28 -
2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün universitet və proqramların siyahısı açıqlanıb
29.12.2024 - 16:23 -
Vətəndaş müraciətlərinin statistikası
29.12.2024 - 15:00 -
Elm və təhsil naziri daha bir neçə rayonun məktəb direktorları ilə görüşüb
28.12.2024 - 17:44 -
“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri açıqlanıb
28.12.2024 - 16:40