Tələbə-könüllülər “Avropa Gənclər Festivalı” adlı beynəlxalq tədbirdə
"Bir" Tələbə-Könüllülər Gəncə şəhərində keçirilən “Avropa Gənclər Festivalı” adlı beynəlxalq tədbirdə iştirak ediblər. “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində keçirilən tədbirə dövlət rəsmiləri, Avropanın əksər ölkələrindən gənclər və aparıcı təşkilatların rəhbərləri qatılıb.
48 ölkədən 100-dən çox gəncin iştirakçısı olduğu festivalın keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrindən olan gəncləri bir araya gətirərək onları Azərbaycanın mədəniyyəti, adət-ənənələri, zəngin tarixi ilə tanış etmək, dünyaya sülh və birlik mesajı vermək olub.
Beynəlxalq tədbir çərçivəsində münaqişələrin həlli və sülh quruculuğunda gənclərin rolu, gənclər siyasəti, incəsənət, idman və mədəniyyət mövzuları müzakirə olunub.
Festival müddətində gənclər təşkilatlarının sərgisi də keçirilib. Sərgi zamanı ayrıca stenddə yer alan “Bir” Tələbə-Könüllülər Proqramı haqqında ziyarətçilərə ətraflı məlumat verilib.
Festival idman yarışları, əyləncəli proqram və konsertlə davam edib.
7 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42