İlk peşə-ixtisas təhsili müəssisələrinə ixtisaslar üzrə yerləşdirilmə başa çatıb
Avqustun 26-da “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu və ixtisaslar üzrə yerləşdirilmə prosesi başa çatıb.
Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış “ASAN peşə” layihəsi 11-26 avqust 2016-cı il tarixlərində pilot olaraq Bakı və Gəncə şəhərlərində reallaşdırılıb. Dövlət vəsaiti hesabına ilk peşə-ixtisas təhsili almaq istəyənlərin sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində aparılıb.
“Asan peşə” layihəsi üzrə 4066 nəfər müraciət edib. Onlardan 3245 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər aşağıda göstərilən sənədləri 27 avqust 2016-cı il tarixdən 1 sentyabr 2016-cı il tarixinədək (şənbə və bazar günləri daxil olmaqla) qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisəsinə təqdim etməlidirlər:
1. Təhsil haqqında sənədin əsli;
2. Tibbi arayış;
3. Şəxsiyyət vəsiqəsi (surəti);
4. 3 x 4 sm. ölçüdə dörd ədəd fotoşəkil;
5. Hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər);
Boş qalan yerlərə əlavə ixtisas seçimi 1-6 sentyabr 2016-cı il tarixlərində Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində aparılacaq.
7 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42