“Sadəcə bir vərəq deməyək” aksiyası başa çatıb
İyunun 24-də “Yaşıl ASAN” təşəbbüsü çərçivəsində Sumqayıt şəhərindəki təhsil müəssisələrinin şagird və tələbələri arasında kağız tullantılarının yığılması üzrə yarış xarakterli sosial aksiyaya yekun vurulub.
“Sadəcə bir vərəq deməyək” adlı sosial aksiya Təhsil Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “Azərsun Holdinq”in birgə əməkdaşlığı ilə baş tutub.
İyunun 1-dən etibarən keçirilən “Sadəcə bir vərəq deməyək” sosial aksiyasında Sumqayıt şəhəri üzrə 55 təhsil müəssisəsi iştirak edib.
Aksiyada ən çox aktivlik göstərən təhsil müəssisələrindən Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziya 3100 kq, 14 nömrəli tam orta məktəb 2400 kq, Texniki və Təbiət Elmləri Liseyi 2200 kq, 6 nömrəli tam orta məktəb 2024 kq kağız təhvil verib. Ümumilikdə, aksiya çərçivəsində 40 ton kağız tullantı toplanaraq təkrar emala göndərilib.
Hər bir təhsil müəssisəsi topladıqları kağız tullantılarının miqdarına uyğun olaraq, müxtəlif hədiyyələr, diplom, fəxri fərman, təşəkkürnamə ilə mükafatlandırılıb.
Aksiyanın məqsədi ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır.
7 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42