“Sadəcə bir vərəq deməyək” sosial aksiyası
IDEA İctimai Birliyinin təşəbbüsü, Təhsil Nazirliyi, “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində Sumqayıt şəhərindəki təhsil müəssisələrinin şagird və tələbələri arasında kağız tullantılarının yığılması üzrə yarış xarakterli aksiya təşkil olunub.
Layihəyə uyğun olaraq, iyunun 1-dən etibarən Sumqayıt şəhərində “Sadəcə bir vərəq deməyək” sosial aksiyası keçirilib. Aksiyada Sumqayıt şəhəri üzrə 55 təhsil müəssisəsi iştirak edib.
Aksiyada ən çox aktivlik göstərən təhsil müəssisələrindən Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziya 3100 kq, 14 nömrəli tam orta məktəb 2400 kq, Texniki və Təbiət Elmləri liseyi 2200 kq, 6 nömrəli tam orta məktəb 2024 kq kağız təhvil verib. Ümumilikdə, aksiya çərçivəsində 39170 kq kağız toplanıb.
Hər bir təhsil müəssisəsi topladıqları kağız tullantılarının miqdarına uyğun olaraq müxtəlif hədiyyələr, diplom, fəxri fərman, təşəkkürnamə ilə mükafatlandırılacaq.
Aksiya ilə bağlı yekun tədbir iyunun 24-də keçiriləcək.
Aksiyanın məqsədi ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır.
7 il əvvəl
Digər xəbərlər
-
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02