“Sərhəd” hərbi-idman oyununun qalibləri mükafatlandırılıb
Dövlət Sərhəd Xidmətinin Akademiyasında “Sərhəd” hərbi-idman oyunu qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Dövlət Sərhəd Xidməti, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə hər il keçirilən “Sərhəd” hərbi-idman oyununun əsas məqsədi gənc nəsli Vətənə, dövlət sərhədinə hömət ruhunda tərbiyə etmək, yaradıcı, düşünən, sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaq, həmçinin məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə, onların ordu sıralarında xidmətə hazırlanmasına köməklik göstərməkdən ibarətdir.
Tədbirdə iştirak edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Dövlət Sərhəd Xidməti rəisinin müavini Azad Ələkbərоv və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov qalib komandaları təbrik edərək, “Sərhəd” hərbi-idman оyunlarının gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rоl оynadığını vurğulayıblar.
Qeyd edək ki, oyunların nəticələrinə əsasən, I yeri Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbin “Ləkin” komandası, II yeri Zaqatala rayonu Danaçı kənd 1 saylı tam orta məktəbin “Alazan” komandası, III yeri isə Ordubad şəhəri 3 saylı tam orta məktəbin “Gəmiqaya” komandası tutub.
Qaliblərə diplom, medal, kubok və qiymətli hədiyyələr təqdim olunub.
7 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42