• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Tələbəlik illərini boşa xərcləməyin" – "Uğur formulu"

Azərbaycan tələbələrinin dövlət səviyyəsində xarici ölkələrin nüfuzlu universitetlərində oxumağa göndərilməsinin əsası ilk dəfə 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulub.

İlk dəfə 1919-1920-ci tədris ilində dünyanın müxtəlif ali məktəblərində dövlət hesabına təhsil almaq üçün 102 nəfər azərbaycanlı gəncin xaricə göndərilməsi haqqında qərar qəbul olunub.  Bunun üçün ümumilikdə 7 milyon manat vəsait ayrılıb, Avropa ali məktəblərinə göndərilən hər tələbəyə 400 frank təqaüd təyin edilib və 1000 frank yol xərci verilib. 

Hələ sovetlər dövründə gənclərlə işə xüsusi diqqət yetirən Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil alması məsələsinə də böyük əhəmiyyət verirdi. 1969-1970-ci dərs ilində respublikadan kənara cəmi 47 nəfər təhsil almağa göndərilmişdisə, 1975-ci ildə bu rəqəm 14 dəfə artaraq 700 nəfərə çatdı. Ümumilikdə, ötən əsrin 70-80-ci illərində 15 mindən çox azərbaycanlı gənc respublikamızdan kənarda - keçmiş SSRİ-nin 50-dən artıq şəhərinin 170 ali məktəbində 250-yə yaxın ixtisasa yiyələnib. 1970-ci ilədək respublikadan kənarda təhsil almağa göndərilənlərin yalnız 40 faizini azərbaycanlılar təşkil etdiyi halda, bu göstərici 1976-cı ildə 85 faizə, 1977-ci ildə 92 faizə, 1980-ci illərin əvvəllərində isə 97,6 faizə yüksəldi.

Təhsil Nazirliyi və Lent.az- informasiya agentliyinin birgə layihəsi olan və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin qonağı Böyük Britaniyanın London Siti Universitetində təhsil alan soydaşımız Ənvər Məhəmməddir.

O, Böyük Britaniyanın London Siti Universitetində iqtisadiyyat ixtisası üzrə bakalavr səviyyəsində təhsilini davam etdirir.

- Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?

- Xaricdə təhsil mənə ixtisasım üzrə ən son yeniliklər haqqında dərindən məlumatlanmağa, ixtisasımın incəliklərini bu sahə üzrə ən öndə gedən professorlardan öyrənməyə və Vətənim üçün xeyirli bir mütəxəssis kimi yetişməyə imkan yaradır. Hazırda çalışdığım qaydada davam etsəm, inanıram ki, ümidlərim doğrulacaq.

- Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız?

- Lazımlı məlumatların çoxu internetdə olduğuna görə əlavə materiallar gətirməyə ehtiyac duymadım. Burada ən çox Xocalı soyqırımı, 20 Yanvar qətliamı haqqında məlumatların yayılmasına çalışırıq. Bu faktlar əsasında çap etdiyimiz kitabdan da istifadə edirik.

                - Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?

Tələbəlik illərini boşa xərcləməsinlər, mümkün qədər daha çox biliklər əldə etsinlər. Təkcə tədris proqramı ilə kifayətlənməsinlər. Əlavə mənbələr hesabına ixtisasları haqqında öyrənsinlər və yay tətilləri zamanı uyğun bir iş tapsınlar. Asudə vaxtlarında idmanla məşğul olmağı da unutmasınlar.

- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?

- Münasibət müəllimlərin və tələbələrin özündən asılıdır. Müəllimlərin çoxu dərsə maraq göstərən tələbələrlə daha yaxın olurlar. Bir çox müəllimlər tələbələrin suallarına cavab verməyə kifayət qədər zaman ayırırlar. Çox nadir hallarda hansısa bir müəllimlə daha səmimi əlaqə yaratmaq çətin ola bilər.

- Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?

                - Universitetdə tələbələrin çoxu əcnəbi olduğu üçün əcnəbi tələbələrə fərqli münasibət yoxdur.

                - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?

- Azərbaycanın təhsil sistemi çox gənc təhsil sistemidir. İnkişaf etdiriləcək çox sahə var. Məlumat bazaları yenilənməli və tədris səviyyəsi daha da yüksəldilməlidir. Tələbələrə daha çox sərbəstlik verilməli və onların fərdi məsuliyyət yükü artırılmalıdır.

- Çətinlikləriniz varmı?

- Sistemə öyrəşmək ilk illərdə çətin olurdu. Azərbaycanla müqayisədə burada tədrisə münasibət tamam fərqlidir. Akademik ingiliscəni yüksək səviyyədə öyrənmək çox vaxt aldı. Universitetdə fərqlənmə almaq üçün tələb olunan ingilis dili səviyyəsi ilə müqayisədə IELTS imtahanı çox asandır. Artıq 5 ildir burda yaşadığım üçün çətinliklərin çoxunu dəf etmişəm.

- Asudə vaxtınızda nə ilə məşğul olursunuz?

- Asudə vaxtımda məşğul olmağa seçimlər sonsuzdur. Universitetin zəngin kitabxanası var. Seçdiyim sahəyə aid ədəbiyyat oxuyuram. Həmçinin, proqramlaşdırmanı və fransız dilini öyrənirəm. İdmana da vaxt ayırıram. Qılıncoynatma ilə məşğulam.


7 il əvvəl