“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” proqramı üzrə zona mərhələləri keçirilir
Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin Respublika müsabiqəsinin zona mərhələsi keçirilir.
Mayın 19-dan başlayaraq Naxçıvan şəhərində, Göyçay və Lənkəran rayonlarında müsabiqənin zona mərhələləri keçirilib. Növbəti günlərdə isə zona mərhələləri Gəncə şəhəri və Şamaxı, Şəki, Tovuz rayonlarında davam etdiriləcək. Tədbirlərə iyunun 3-də Bakıda yekun vurulacaq.
Müsabiqə iştirakçıları il ərzində aparılan müşahidələr, aqrotexniki tədbirlər və becərilən kənd təsərrüfatı bitkiləri haqqında məlumatları, fotoşəkilləri təşkilat komitəsinə təqdim ediblər.
1270 iştirakçının qatıldığı zona mərhələsində məktəblilər gündəlik görülən işlər, təcrübələrin gedişatı, əldə etdikləri nəticələr barədə təqdimatlarla çıxış ediblər. Şagirdlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin xüsusi komissiyası tərəfindən 100 ballıq sistem və məhsulun “qiymətləndirmə sertifikatı” əldə edəcək, həmçinin oktyabr ayında keçiriləcək “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” məktəblilərin 1-ci Respublika sərgisində iştirak etmək imkanı qazanacaqlar.
Müsabiqənin keçirilməsində əsas məqsəd aqrobiomüxtəlifliyin qorunması, ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı məhsullarının əldə edilməsində məktəblilərin fəal iştirakını təmin etmək, ekoloji təmiz bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanması, kənd təsərrüfatı məhsullarının öyrənilməsi və mühafizəsinə dair şagirdlərin maarifləndirilməsindən ibarətdir.
Qeyd edək ki, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” proqramı mayın 19-dan 21-dək Bakı Ekspo Mərkəzdə keçirilən 22-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2016" - 10-cu Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2016” sərgisində də nümayiş olunub.
7 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42