"Olympic Moves” proqramının bağlanış mərasimi keçirilib
Aprelin 29-da Bakı İdman Sarayında Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Olympic Moves” məktəblilərin kütləvi idman proqramının final mərhələsinin bağlanış mərasimi keçirilib.
İlk olaraq badminton və basketbol üzrə yarışların final oyunları baş tutub. Badminton üzrə keçirilən qarşılaşmalarda finala Xətai rayonunun 260 və Suraxanı rayonunun 104 nömrəli orta məktəbləri vəsiqə qazanıb. Daha yaxşı çıxış edən 104 nömrəli məktəb çempion adına layiq görülüb. Binəqədi rayonunun 244 nömrəli orta məktəbi isə 3-cü pillədə qərarlaşıb.
Basketbol idman növü üzrə isə finalda Nərimanov rayonunun 200 nömrəli orta məktəbi Nizami rayonunun 220 nömrəli orta məktəbi ilə qarşılaşıb. Görüşün nəticəsinə görə, 200 nömrəli məktəb 1-ci yeri tutub. Yarışda 3-cü yerə isə Xətai rayonunun 17 nömrəli orta məktəbi layiq görülüb.
Qalib komandalar MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov və “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya direktoru Oleq Piletski tərəfindən mükafatlandırılıb. Bağlanış mərasimində komandaları 1 500-dən çox izləyici dəstəkləyib.
Qeyd edək ki, “Olympic Moves” proqramının əsas məqsədi “Bakı 2015” Birinci Avropa Oyunlarının sosial və idman irsini davam etdirərək, məktəblilər arasında yüngül atletika, velosiped idmanı, basketbol 3x3 və badminton idman növləri üzrə şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etmək, həmçinin olimpiya dəyərlərinin təşviqindən ibarətdir.
7 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42