Təhsil naziri Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə dövlət katibi ilə görüşüb
Aprelin 26-da təhsil naziri Mikayıl Cabbarov BMT-nin Sivilizasiyalar Alyansının yeddinci Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana səfər edən Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir ilə birlikdə Bakı Fransız liseyini ziyarət edib, liseyin pedaqoji heyəti və şagirdləri ilə görüşüb. Görüşdə Azərbaycan-Fransa arasında təhsil sahəsində görülən işlər və əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Bakı Fransız Liseyi Azərbaycan və Fransa hökumətləri arasında bağlanmış “Azərbaycan Respublikasında Fransız Məktəbinin yaradılması və fəaliyyəti haqqında Saziş” əsasında yaradılıb. Təhsil kompleksinin təməli 2011-ci ilin oktyabrında Fransanın sabiq Prezidenti Nikola Sarkozinin Bakıya rəsmi səfəri çərçivəsində qoyulub.
11 may 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan Fransa Respublikasının Prezidenti Fransua Olland Bakı Fransız Liseyində aparılan tikinti işləri ilə tanış olublar. 12 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Fransız Liseyinin rəsmi açılış mərasimində iştirak ediblər.
8 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42