• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bu günlərdə T.İsmayılov adına Uşaq Rəsm Qalereyasında məktəblilərin rəsm müsabiqəsi keçirilib. Tədbir Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na uyğun olaraq “Həsən Əliyev və Azərbaycan təbiəti” mövzusunda tanınmış təbiətşünas, akademik Həsən Əliyevin xatirəsinə həsr edilib.

Bu günlərdə T.İsmayılov adına Uşaq Rəsm Qalereyasında məktəblilərin rəsm müsabiqəsi keçirilib.
Tədbir Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na uyğun olaraq “Həsən Əliyev və Azərbaycan təbiəti” mövzusunda tanınmış təbiətşünas, akademik Həsən Əliyevin xatirəsinə həsr edilib.
Tədbirdə Təhsil Nazirliyi Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov, aparıcı məsləhətçi Elnur Əlizadə, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Əli Şükürov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar tərbiyə sektorunun məsləhətçisi Rövşən Əliyev, Fövqəladə Hallar Nazirliyinin şöbə müdiri Füzuli Əhmədov və digər şəxslər iştirak edib.   
Məlumat üçün qeyd edək ki, Təhsil Nazirliyinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşəbbüsü ilə həyata keçirilən müsabiqədə respublika üzrə 2000-ə yaxın şagird iştirak edib. Müsabiqə 3 yaş qrupu üzrə 3 mərhələdə təşkil olunub. Müsabiqənin yekun mərhələsinə ölkəmizin regionları əhatə olunmaqla 310 məktəblinin rəsm işləri təqdim edilib.  
“Ətraf mühit və insan sağlamlığı”, “Biomüxtəlifliyin qorunması”, “Su həyatdır”, “Təbiətin mühafizəsi” mövzusunda çəkilmiş rəsmlərdə Azərbaycanın zəngin təbiəti, təbii ehtiyatları, insanın təbiətə münasibəti, qoruq və yasaqlıqlar əks olunub.
Münsiflər heyətinin qərarı ilə Sumqayıt, Balakən, Saatlı məktəbliləri I, Bakı şəhəri Şüvəlan qəsəbəsi, Sabirabad və Zərdab rayonlarından olan məktəblilər II, Naxçıvan MR, Şahbuz, Qəbələ, Oğuz rayon məktəbliləri III yeri, Bakı şəhəri Nizami rayonu, Neftçala, Qazax rayon məktəbliləri isə həvəsləndirici yer tutublar.


8 il əvvəl