• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Formula-1”Avropa Qran-prisi ilə əlaqədar “Bir” Tələbə-Könüllü Proqramı ilə anlaşma memorandumu imzalandı

Martın 7-də “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı ilə könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsinə dair anlaşma memorandumu imzalanıb.

Memorandumu gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov imzalayıb. Mərasimdə tərəflər bu il Bakıda ilk dəfə keçiriləcək “Formula-1” Avropa Qran-prisi çərçivəsində könüllülük fəaliyyəti ilə əlaqədar birgə fəaliyyət haqqında razılıqlarını ifadə ediblər.

Anlaşma memorandumunda tələbələrin könüllülük fəaliyyətinə cəlb edilməsi, könüllülüyün təbliği ilə əlaqədar birgə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Memorandumun şərtlərinə əsasən, Bakı və Sumqayıt şəhərlərində yerləşən ali təhsil müəssisələrində “Bir” Tələbə-Könüllü Proqramı tərəfindən Avropa Qran-prisinin Könüllülük Proqramı təqdim olunacaq və “Formula-1” Avropa Qran-prisində iştirak etmək üçün tələbə-könüllülər cəlb olunacaq.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda könüllülük fəaliyyətinin artıq ənənəyə çevrildiyini qeyd edərək, gənclər arasında könüllülüyə marağın olduqca yüksək olduğunu bildirib. Azərbaycanın ev sahibliyi etdiyi iri miqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərin uğura imza atdıqlarını xatırladan Azad Rəhimov bu ənənənin “Formula-1” yarışlarında da davam etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, könüllülük fəaliyyəti üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi Avropa Qran-prisinin uğurla həyata keçirilməsinə öz töhfəsini verəcək. Təhsil Nazirliyi tərəfindən tələbələrin hərtərəfli inkişafının dəstəkləndiyini bildirən nazir könüllü tələbələrə uğurlar arzulayıb.

“Bir” Tələbə-Könüllü Proqramı ölkədə bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığını və bu tədbirlərin təşkilində tələbə könüllülərin böyük rolunun olduğunu nəzərə alaraq, tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə yaradılıb.       Proqram çərçivəsində tələbələr könüllülük fəaliyyətinə və müvafiq tədbirlərə cəlb olunur,

onlara “əsl tələbə həyatı” modelinə uyğun 6 müxtəlif istiqaməti (Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşf Et və Zövq Al) özündə birləşdirən layihə təqdim edir. “Bir” Tələbə-Könüllü Proqramına qoşulmaq üçün tələbələr www.konullu.edu.az portalından qeydiyyatdan keçə bilər.

 


8 il əvvəl