Təhsil nazirinin müavini Ceyhun Bayramov YUNESKO-nun konfransında çıxış edib
Yanvarın 28-də Parisdə Fransanın Milli Təhsil, Ali təhsil və Tədqiqat Nazirliyinin və YUNESKO-nun “Ələddin” layihəsinin təşkilatçılığı ilə “Avropa, Yaxın Şərq və Afrika gəncləri və terrorizm, ekstremizm və dözümsüzlük təhlükəsi” adlı konfrans keçirilib.
Konfransın açılış mərasimində YUNESKO-nun Baş direktoru İrina Bokova və Fransanın ali təhsil üzrə dövlət katibi Tyeri Mandon çıxış edib.
Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov konfransın "Gənclər arasında radikallaşmanın qarşısının alınması: məktəblərin rolu" adlı sessiyasında çıxış edərək terrorizm, ekstremizm, ayrı-seçkilik və dözümsüzlük kimi təhdidlərin qlobal və regional sabitlik üçün ciddi təhlükə təşkil etdiyini, Azərbaycan hökumətinin bu təhdidlərə qarşı ən effektiv vasitə kimi təhsilə xüsusi əhəmiyyət verdiyini qeyd edib, eləcə də son illər ərzində ölkəmizdə təhsil sahəsində aparılmış islahatlar barədə məlumat verib.
Nazir müavini Azərbaycanın tarix boyunca müxtəlif millətlər və dinlərin nümayəndələri üçün qarşılıqlı anlayış və sülh şəraitində yaşayış üzrə zəngin tarixə malik olması, 25 il öncə müstəqilliyini bərpa etdikdən sonra bu təcrübənin qorunub saxlanılması və daha da inkişafı istiqamətində işlərin aparılması, beynəlxalq miqyasda multikulturalizm və mədəniyyətlərarası dialoqun dəstəklənməsi üzrə son illər ərzində ölkəmizdə həyata keçirilmiş tədbirlər barədə danışıb. Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsini ölkəmizin bu məsələyə verdiyi əhəmiyyətin və diqqətin bariz nümunəsi olduğunu vurğulayıb.
Təhsil nazirinin müavini həmçinin, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Ermənistan Respublikası tərəfindən təcavüzə məruz qaldığını, terror fəaliyyətinin hədəfi olduğunu, 1992-ci ildə Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı soyqırımın həyata keçirildiyini və ölkəmizin 20 faiz torpaqlarının hələ də Ermənistanın işğalı altında qalmasını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Parisə səfəri çərçivəsində təhsil nazirinin müavini bir sıra işçi görüşlər də keçirib. YUNESKO-nun Baş direktorunun müavini Qyan Tanq ilə görüşdə Azərbaycanla YUNESKO arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Strasburq Universitetinin prezidenti Alen Beretz ilə keçirilmiş görüş zamanı isə Fransız-Azərbaycan Universitetinin təsis olunması istiqamətində həyata keçirilən hazırlıq işləri təhlil olunub və növbəti addımlar müzakirə edilib.
8 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42