• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 12-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının İsgəndəriyyə kitabxanasının direktoru cənab İsmayıl Serageldinlə görüşüb.

İyunun 12-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının İsgəndəriyyə kitabxanasının direktoru cənab İsmayıl Serageldinlə görüşüb.
Misir Mərdanov qonağı səmimi salamlayaraq onu Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Son illər Misir-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində atılan addımlar, ölkələrarası səmimi münasibətdən danışan nazir ikitərəfli əlaqələrin qurulmasına xüsusi önəm verdiyini açıqlayıb. Nazir, həmçinin azərbaycanlı tələbələrin Misirin müxtəlif nüfuzlu universitetlərində təhsil aldıqlarından da söz açıb.
Sonra nazir kitabxananın hər bir xalqın inkişafında oynadığı rolu qeyd edərək, İsgəndəriyyə kitabxanasının bu baxımdan mühüm əhəmiyyətini diqqətə çatdırıb.   
Cənab İsmayıl Serageldin səmimi qəbul üçün nazirə minnətdarlıq edib, eyni zamanda həyata keçirilməsi nəzərdə tutulan layihə barədə məlumat verib. Qonaq həmin layihəyə əsasən, İsgəndəriyyə kitabxanası ilə əlaqələrin yaradılması, kompüter şəbəkəsi vasitəsilə lazımi məlumatların əldə edilməsi, mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili və bu istiqamətdə digər tədbirlərdən danışıb.
Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Yusif Əhməd əl-Şarkavi ölkələr arasındakı mövcud təhsil əlaqələrini xüsusi vurğulayıb və bu əməkdaşlıqdan məmnunluğunu qeyd edib.
Görüşdə ölkəmizin ali təhsil müəssisələrində tələbələrin İsgəndəriyyə kitabxanasının materiallarından istifadə imkanları, universitetlərarası əlaqələr və s. məsələlər müzakirə olunub.


8 il əvvəl