• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 23-də Təhsil Nazirliyində “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)”nın icrasına həsr olunmuş müşavirə keçirilib.

İyunun 23-də Təhsil Nazirliyində “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)”nın icrasına həsr olunmuş müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov qeyd olunan Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlərin reallaşdırılmasından, bu sahənin əhəmiyyətindən danışıb. Misir Mərdanov bildirib ki, son illərdə məktəbəqədər təhsilin inkişafında müsbət addımlar atılıb, beynəlxalq təşkilatlarla birgə yeni təhsil texnologiyalarının tətbiqi, təlim və inkişaf mühitinin yaradılması istiqamətində müəyyən uğurlar əldə edilib.
Nazir məktəbəqədər təhsilə olan dövlət qayğısını xüsusi vurğulayıb, müvafiq proqramın icrası ilə bağlı görülən işləri, mövcud binaların əsaslı təmiri, yeni məktəbəqədər təhsil müəssisəsi binalarının inşası, zəruri avadanlıqlarla təchizatı üzrə nəzərdə tutulan tədbirləri iştirakçıların diqqətinə çatdırıb.
Eyni zamanda Misir Mərdanov hazırda 21 uşaq bağçasında əsaslı təmir işlərinin aparıldığını bildirib.  
Müşavirədə nazir məktəbəqədər təhsilin yeniləşdirilməsi proqramının həyata keçirilməsi üçün sektorlararası fəaliyyət planının hazırlanması, bu planda müvafiq strukturların rolunun müəyyənləşdirilməsi, əlaqələndirici Şuranın təsis edilməsi və s. tədbirlərin təxirəsalınmadan həyata keçirilməsinin zəruriliyini vurğulayıb.
Misir Mərdanov cari ilin aprelində Londonda “Erkən yaş dövründə uşaqların inkişafı” mövzusunda keçirilən təlim kursunda Təhsil Nazirliyi əməkdaşlarının da iştirak etdiyini qeyd edib.
Təhsil Nazirliyi Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov təqdimatında keçirilən təlim kursu barədə məlumat verib, müzakirə olunan problemlər, əsas tendensiyalardan söz açıb. F.Qədirov həmçinin erkən yaş dövründə uşaqların inkişafı ilə bağlı London təcrübəsi haqqında danışaraq yerli orqanların, valideynlərin və icmanın bu sahədə rolunu, beynəlxalq təcrübədən yararlanaraq gələcək perspektivlərin müəyyənləşdirilməsinin əhəmiyyətini qeyd edib.
Sonra Şəhərlər üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin böyük məsləhətçisi Nərminə Alnağıyeva “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)”nın həyata keçirilməsi üzrə 2008-ci ilə dair tədbirlər planında nəzərdə tutulan məsələlərdən söz açıb. N.Alnağıyeva bu sahə üzrə mövcud normativlərin, məktəbəqədər təhsil proqramlarına uyğun təlim vəsaitlərinin hazırlanması, 5 yaşlı uşaqların icbari məktəbəqədər təhsilə cəlb edilməsi istiqamətində görülən işlər, valideynlərin maarifləndirilməsi məqsədilə treninqlər, seminarların keçirilməsi və s. barədə ətraflı məruzə edib.
Müşavirədə iştirak edən YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Hanaa Singer hər iki təqdimat üzrə verilən məlumatlardan razılığını ifadə edib, eyni zamanda müzakirə olunan məsələlərlə bağlı fikirlərini açıqlayıb.


8 il əvvəl