Orta ixtisas təhsilinə dair müşavirə
Dekabrın 8-də orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib.
Bakı Texniki Kollecində keçirilən müşavirədə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin rəhbərləri iştirak ediblər.
Müşavirədə həyata keçirilən təhsil islahatlarından irəli gələn tələblər, gənc nəslin formalaşdırılmasında təhsil müəssisələrinin rolu, müasir dövrdə orta ixtisas təhsili müəssisələrinin qarşısında duran əsas vəzifələr müzakirə edilib.
Öncə “Günəşli” yatağında baş vermiş qəza nəticəsində həlak olan neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təhsil nazirinin müavini Firudin Qurbanov müşavirə iştirakçılarını salamlayıb və kolleclərin fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin vacib olduğunu nəzərə çatdırıb. F.Qurbanov tədris müəssisələrinin rəhbərlərinə imtahan sessiyasına nəzarətin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlarını verib.
Nazir müavini qeyd edib ki, təhsil müəssisələrində cəmiyyətdə gedən mövcud proseslər hər zaman nəzərə alınmalı, tələbələrin dərsdən yayınma hallarına qarşı müvafiq tədbirlər görülməli, təlim-tərbiyə prosesinin müasir tələblər səviyyəsində təşkili təmin olunmalıdır. F.Qurbanov kolleclərin fəaliyyətindəki nöqsanları və keyfiyyət göstəricilərinin aşağı olmasını da xüsusi qeyd edib.
Daha sonra müşavirədə orta ixtisas təhsili müəssisələrinin rəhbərləri çıxış ediblər.
8 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42