Şüvəlan qəsəbəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin açılışı olub
Noyabrın 23-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Şüvəlan qəsəbəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Məktəb 1962-ci ildən fəaliyyət göstərir. 2013-cü ildə Heydər Əliyev Fondu tərəfindən burada yeni tədris binası tikilib. Məktəbdə eşitmə və nitq qüsuru olan şagirdlər təhsil alırlar. Burada təhsil iki şöbəlidir. Birinci şöbə eşitmə qüsurları yüngül, ikinci şöbə isə ağır formada olan şagirdlər üçün nəzərdə tutulub.
220 yerlik xüsusi məktəbdə bütün fənlərdən əlavə, tələffüz və eşitmənin inkişafı üzrə fərdi iş, həmçinin individual qaydada mimika və daktiloloji iş aparılır. Məktəbdə biologiya, kimya, fizika laboratoriyaları, defektoloji kabinetlər, idman, trenajor zalları, ritmika otağı yaradılıb və zəruri ləvazimatlarla təchiz edilib. Şagirdlərin asudə vaxtları üçün açıq idman meydançası, peşəyönümlü təlimi üçün isə emalatxanalar tikilib. Burada tikiş, aşpazlıq, toxuculuq, xalçaçılıq, çilingərlik bölmələri də fəaliyyət göstərir.
Emalatxana ilə tanışlıq zamanı Mehriban Əliyevaya şagirdlərin əl işi olan portreti hədiyyə edilib.
Heydər Əliyev Fondu
8 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini "Elektron tibbi arayış" xidmətinin təqdimat mərasimində iştirak edib
26.04.2024 - 16:00 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
26.04.2024 - 15:00 -
“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib
26.04.2024 - 14:10 -
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42