• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sloveniyanın Loqarska Dolina şəhərində Təhsil Siyasəti Mərkəzləri Şəbəkəsinin dəstəyi ilə “Təhsillə bağlı tədqiqatlar, siyasət və təcrübələr” mövzusunda yay məktəbi keçirilib. Təhsil Nazirliyinin kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin aparıcı məsləhətçisi A. Süleymanova, İqtisadiyyat şöbəsinin mühasibat uçotu və hesabat sektorunun aparıcı məsləhətçisi V.Əsgərov, həmçinin Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin əməkdaşları N.İsmayılova, R. Behbudov bu məktəbdə iştirak etmişlər.

Yay məktəbinin əsas məqsədi keçid mərhələsində olan ölkələrin təhsil işçilərini aktuallıq kəsb edən problemlər ətrafında düşündürmək və məlumatlandırmaq olub. Məktəbdə dünyanın 10 ölkəsindən 23 dinləyici-təhsil üzrə mütəxəssis iştirak edib.
 Beş günlük məşğələlər ərzində iştirakçılar müxtəlif ölkələrin təhsil sahəsi üzrə tanınmış mütəxəssislərinin “Keçid ölkələrində təhsil siyasəti”, “Təhsil və sosial bərabərlik”. “Müəllim və kurrikulumun keyfiyyəti”, “Akademik nailiyyətlər”, “Maliyyələşdirmə və dövlət idarəetməsi” mövzularında mühazirələrini dinləyib, öz ölkələrinin təcrübələri barədə müzakirələr aparıb və verilən tapşırıqlar üzərində çalışıblar.
Sonda dinləyicilərə fəal iştiraka və müvəffəqiyyətlərinə görə sertifikatlar təqdim olunub.


8 il əvvəl