Bakı şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinin keçirilməsinə start verilib.
29-31 oktyabr 2015-ci il tarixlərini əhatə edən diaqnostik qiymətləndirilməyə əvvəllər sınaq imtahanlarında iştirak etməyən və iştirak edib aşağı bal toplayan, eləcə də Təhsil Nazirliyinin mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq, ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlər qatılır. Ümumilikdə, qiymətləndirilmədə 2403 nəfər müəllimin iştirak etməsi nəzərdə tutulub. İştirakçıların 2003 nəfəri Azərbaycan, 400 nəfəri rus bölməsində tədris aparan müəllimlərdir.
Kompüter vasitəsilə təşkil olunan imtahanlar zamanı müəllimlərə ixtisasları üzrə 40, təlim strategiyaları və kurikulum üzrə 20 test sualı təqdim olunur. Xatırladaq ki, hər iki blok (ixtisas, metodika) üzrə sualların ən azı 10 faizinə cavab vermiş müəllimlər diaqnostik qiymətləndirilmədən keçmiş hesab olunacaqlar.
İmtahan iştirakçılarından ibtidai sinif (860 nəfər), riyaziyyat (194 nəfər), Azərbaycan dili (181 nəfər), tarix (124 nəfər) müəllimləri sayca üstünlük təşkil edir.
Fənlər üzrə imtahan qrafiki aşağıdakı kimidir:
29.10.2015 - coğrafiya, biologiya, fiziki tərbiyə, fransız dili, GÇHR, kimya, musiqi, rus dili, ingilis dili, təsviri incəsənət, alman dili, fizika, texnologiya;
30.10.2015 - riyaziyyat, tarix, Azərbaycan dili və ədəbiyyat, ingilis dili, ibtidai sinif;
31.10.2015 - ibtidai sinif.
10 il əvvəl
Digər xəbərlər
-
Nazirliyin əməkdaşlarına dövlət təltifləri təqdim edilib
17.09.2026 - 17:21 -
Nazir “Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsində iştirak edib
17.09.2026 - 15:18 -
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib
16.09.2026 - 16:50 -
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
16.09.2026 - 16:00 -
Elm və təhsil nazirinin Yardımlıdakı vətəndaş qəbulu ilə bağlı məlumat
16.09.2026 - 10:40
