• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

ABŞERON RAYONUNDA YENİ DƏRS İLİNƏ CİDDİ HAZIRLIQ GÖRÜLÜR

AzərTAc xəbər verir ki, Abşeron rayonunda yeni dərs ilinə ciddi hazırlıq görülür.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Gülməmmədova bildirmişdir ki, rayonda fəaliyyət göstərən 34 məktəbin hamısında yeni dərs ilinə hazırlıqla əlaqədar cari təmir işləri aparılır. Xırdalan şəhər 1 nömrəli və Ceyranbatan qəsəbə 1 nömrəli məktəbləri Təhsil Nazirliyinin, Novxanı kənd 1 nömrəli məktəbi isə rayonun daxili imkanları hesabına əsaslı təmir olunur. Bununla yanaşı, Qobu qəsəbəsində rayonun daxili imkanları, Masazır kəndində isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəsaiti hesabına hər biri 200 şagird yerlik yeni məktəb binaları inşa edilir.


8 il əvvəl