• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Oktyabrın 10-da təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Sabir Əbdülqədir Mənsurla görüşüb.

Oktyabrın 10-da təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Sabir Əbdülqədir Mənsurla görüşüb.
Misir Mərdanov səfir Sabir Əbdülqədir Mənsura fəaliyyətində uğurlar arzulayaraq bildirib ki, Misir Ərəb Respublikası ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq daim inkişaf edir.
Nazir qeyd edib ki, onlarla azərbaycanlı tələbə Misir Ərəb Respublikasının ail məktəblərində təhsil alır, eyni zamanda misirli tələbələrin də bizim ölkədə sayı artmaqdadır. İki ölkənin ali təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin də mövcud olduğunu vurğulayan nazir ölkəmizin orta ümumtəhsil məktəblərində, eləcə də BDU-nun şərqşünaslıq fakültəsində ərəb dilinin tədrisinin gücləndirilməsinin zəruriliyini vurğulayıb.
Səfir Sabir Əbdülqədir Mənsur yeni təyin olunduğu dövrdə ilk görüşünün təhsil naziri ilə başladığını, ölkələr arasında təhsil sahəsində əlaqələrin onlar üçün də önəmli olduğunu qeyd edib. Səfir hər il ölkəmizə bakalavr, magistr, doktorluq təhsillərini davam etdirmək üçün gələn gənclərin sayının artdığını vurğulayıb, eyni zamanda Azərbaycan Dövlət Neft Akademiyasının filialının Misirdə açılmasına çalışacaqlarını qeyd edib.
Görüşdə tərəflər gələcəkdə birgə əməkdaşlığın yüksələn xətlə daha da inkişaf edəcəyinə əminliklərini bildiriblər.


8 il əvvəl