• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Son 5 ayda Bakı, Sumqayıt, Mingəçevir şəhərlərini və Şəmkir, Qəbələ, Ucar, Biləsuvar, Samux, Qax, Zaqatala, Oğuz, Ağsu, Tovuz rayonlarını əhatə edən 151 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı “Fəaliyyət Planı”na uyğun olaraq həyata keçirilən bu işlər ölkədə tədris prosesini daha effektiv qurulmasına şərait yaratmaqla yanaşı, məsafədən asılı olmayaraq təhsildə müsbət təcrübənin ötürülməsini təmin edir.
Bu günədək ATŞ-yə 1971 təhsil müəssisəsi qoşulub. Şəbəkəyə qoşulmuş təhsil müəssisələri yüksək sürətli internetlə təmin olunub, onların şəbəkə daxilində bir-biriləri və Təhsil Nazirliyinin qurumları ilə əlaqələndirilməsi təmin edilib.
Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də şəbəkə vasitəsilə elektron resurslardan istifadə imkanı qazanıblar. ATŞ-də istifadə edilən “Websens” proqramının internet filtrasiya sistemi vasitəsilə məktəblilər üçün zərərli hesab edilən veb-saytlara giriş məhdudlaşdırılıb.
Eyni zamanda 2015-ci ilin mart-iyul ayları ərzində təhsil müəssisələrinin İKT avadanlıqları ilə təmin edilməsi məqsədi ilə ölkə üzrə 1800 ədəd stolüstü kompyuter, 806 ədəd noutbuk, 245 ədəd proyektor və 111 ədəd interaktiv elektron lövhələr paylanılıb. Yeni avadanlıqlar informasiya-kommunikasiya texnologiyaları sahəsində savadlılığının artırılması üzrə keçirilən təlimlərdə yüksək nəticə göstərmiş pedaqoji və inzibati idarə heyətinin üzvlərinə verilir.


8 il əvvəl