• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkənin ali təhsil müəssisələrinin şəbəkəsinin təkmilləşdirilməsinə və idarəetməsinin yaxşılaşdırılmasına xidmət edən, mövcud maddi-texniki bazadan və elmi-pedaqoji potensialdan dövlətin sosial-iqtisadi siyasətinə uyğun səmərəli istifadə olunmasını təmin edən normativ aktlar qəbul edib.

Ölkə başçısının Fərmanı ilə Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filialları ləğv edilib, eyni zamanda digər Sərəncamla Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universiteti yaradılıb.
“Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğvi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına müvafiq olaraq ali təhsil şəbəkəsinin rasionallaşdırılması, müəllim kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi və bu sahədə pərakəndəliyin aradan qaldırılması məqsədini daşıyır.
Kənd məktəblərində işə başlamış gənc mütəxəssislər üçün stimullaşdırma tədbirlərinin həcminin və müddətinin artırılması, paytaxtda həyata keçirilmiş və yaxın vaxtlarda bölgələrdə də aparılacaq müəllimlərin dərs yükünün və vəzifə maaşının artırılması istiqamətində islahat tədbirləri nəticəsində bu peşəyə maraq xeyli artıb. Əvvəlki dövrlərdə mövcud olmuş müəllim çatışmazlığı problemi əsasən, öz həllini tapmaqdadır. Hazırda ixtisaslaşmış ali təhsil müəssisələri yetərli sayda müəllim kadrlarının hazırlanmasını təmin edir. 2009-2010-cu tədris ilindən başlayaraq hər il mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqələrində namizədlərin sayı vakansiya sayını bir neçə dəfə üstələyir. Belə şəraitdə əvvəlki sayda müəllim kadrlarının hazırlanmasına və ali təhsil müəssisələrinin saxlanılmasına lüzum qalmır.
Digər tərəfdən tədris prosesindəki çatışmazlıqlar Azərbaycan Müəllimlər İnstitutunun filiallarının fəaliyyət göstərməsi məsələsinə yenidən baxmağı tələb edir. Məlum olduğu kimi, ötən il neqativ hallara yol verildiyinə görə AMİ-nin Gəncə filialının fəaliyyəti dayandırılıb və tələbələr Gəncə Dövlət Universitetinə köçürülüb.
Ləğv edilmiş filialların maddi-texniki bazası, işçi heyəti və tələbə kontingentinin müvafiq qaydada digər təhsil müəssisələrinə verilməsi və yerləşdirilməsi məsələləri ilə Təhsil Nazirliyi tərəfindən yaradılan səlahiyyətli komissiya məşğul olacaqdır.
Azərbaycan Respublikasının regionların sosial-iqtisadi inkişaf planlarında yeni istehsalat və xidmət sahələrinin qurulması üçün ixtisaslı kadr təminatının olması xüsusi əhəmiyyət kəsb edir. Bu planlar eyni zamanda, mövcud təhsil şəbəkəsinin optimallaşdırılmasını tələb edir və bu istiqamətdə atılan addımlar gələcəkdə də davam etdiriləcək.
Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universitetinin yaradılması barədə Prezidentin Sərəncamı təsdiq edilmiş dövlət proqramlarına uyğun olaraq, ökənin sənaye mərkəzlərindən biri olan Mingəçevir şəhərinin və ətraf rayonlarının sosial-iqtisadi inkişafı və ali təhsilli kadrlara olan tələbatın ödənilməsi məqsədinə xidmət edir.
Yeni yaradılan universitet regionda yaşayan və ali təhsil almaq arzusunda olan şəxslərin təhsillərinin davam etdirilməsi üçün imkan yaratmaqla yanaşı, yüksək ixtisaslı mütəxəssisləri iş yerləri ilə də təmin edəcəkdir. Bu da öz növbəsində, regionda müasir tələblərə cavab verən elmi-intellektual mərkəzin formalaşmasına şərait yaradacaqdır.
Beləliklə, Gəncə, Sumqayıt, Lənkəran şəhərləri ilə yanaşı Mingəçevirdə də Dövlət Universitetinin yaradılması Azərbaycanın tarazlı inkişafının göstəricisidir. 


9 il əvvəl