• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan məktəbliləri Tayland Krallığının Çanq Mai şəhərində 4-16 iyul tarixlərində keçirilən 56-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında iki bürünc medal qazanıb.

Olimpiadada Azərbaycan komandasının üzvləri Məhəmməd Şirinov və Fərid Həsənli bürünc medala layiq görülüblər. Mirəli Əhmədli, Tahir Nadirov, Anar Hüseynov və Fərman Dumanov isə həvəsləndirici sertifikatla təltif olunublar.
Təhsil Nazirliyi istedadlı şagirdlərin seçilib inkişaf etdirilməsinə xüsusi diqqət ayırır. Belə ki, nazirliyin birbaşa tabeliyində olan lisey və gimnaziyalarda Olimpiada Mərkəzləri açılıb. Olimpiada Mərkəzləri xüsusi istedadı ilə seçilən məktəblilərin yerli və beynəlxalq olimpiadalara hazırlanması məqsədilə fəaliyyət göstərir. Həmçinin, bu tədris ocaqlarına mərkəzləşdirilmiş qaydada VI, VII, VIII sinif şagirdlərinin qəbul imtahanları keçirilib. Bu imtahanların keçirilməsində məqsəd xüsusi istedadlı şagirdlərin aşkara çıxarılması və onların fərqli proqramlar əsasında keyfiyyətli təhsillə təmin edilməsindən ibarətdir.
Bu ildən etibarən Respublika Fənn Olimpiadalarının keçirilməsində də bir sıra yeniliklər tətbiq olunub. Belə ki, əvvəlki illərdən fərqli olaraq, şəffaflığı və ədalətli qiymətləndirməni təmin etmək üçün olimpiada sualları açıq şəkildə deyil, ilkin mərhələdə test sınağı formasında tətbiq olunub. Fənn olimpiadalarının tarixində ilk dəfə olaraq, iştirakçılar arasında hər fənn üzrə “birincilərin birincisi” nominasıyası üzrə qalib müəyyənləşdirilib.


8 il əvvəl