• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yanvarın II ongünlüyündə London şəhərində “İnnovativ məktəb” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Böyük Britaniyanın Təhsil Nazirliyi tərəfindən təşkil olunub.

“Microsoft Azərbaycan” şirkətinin dəvəti ilə Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov, Bakı Avropa liseyinin direktoru Zülfiyyə Veysova, akademik Zərifə Əliyeva adına orta məktəbin direktoru Məhəbbət Vəliyeva və “Təhsildə əməkdaşlıq” proqramı üzrə “Microsoft Azərbaycan” şirkətinin meneceri Emin Axundov bu konfransda iştirak etmişlər.
Azərbaycan nümayəndə heyətinin qeyd edilən konfransda iştirakının məqsədi “Microsoft” şirkətinin bütün dünyada dəstəklədiyi innovativ məktəblər konsepsiyası ilə tanış olmaqdan ibarət idi.
Nümayəndə heyəti innovativ məktəblər mövzusuna həsr olunan müzakirə, treninq və seminarlarda iştirak etmiş, bu istiqamətdə aparılan işlərlə yaxından tanış olmuşlar.
Onu da qeyd edək ki, nümayəndə heyətinin bu tədbirdə iştirakı Təhsil Nazirliyi ilə “Microsoft” korporasiyası arasında mövcud olan strateji əməkdaşlıq çərçivəsində həyata keçirilib.


8 il əvvəl