• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yanvarın 15-də təhsil naziri Misir Mərdanov Litva Respublikasının təhsil və elm naziri Gintaras Steponaviçyusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq onların Azərbaycana gəlişindən məmnunluğunu ifadə edib.
Nazir ötən gün Dünya Bankının dəstəyi ilə “Ali təhsildə yeni maliyyələşmə mexanizmləri” mövzusunda keçirilmiş seminardan söz açıb, burada qeyd olunan məsələlərin ali təhsilin maliyyələşdirilməsində mühüm əhəmiyyəti olacağını vurğulayıb. Nazir, həmçinin Litva və Azərbaycan arasında təhsil sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələsindən danışıb. Nazir Litvanın ali təhsil müəssisələrinin vauçer sistemi ilə fəaliyyət göstərdiyini nəzərə alaraq, bu ölkənin mövcud təcrübəsindən istifadə olunmasının zəruriliyini bildirib və  Azərbaycanda da müvafiq sistemin tətbiq edilməsi məsələsindən söz açıb. Misir Mərdanov çıxışında maliyyələşmə üzrə aparılan islahatların təhsilin keyfiyyətinin artırılmasına və ali təhsil imkanlarının genişləndirilməsinə müsbət təsir edəcəyinə inamını ifadə edib.      
Sonra nazir gələcəkdə Litva ilə Azərbaycan universitetləri arasında daha sıx əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılması və müvafiq sənədlərin imzalanması məsələsinə də toxunub.
Litva Respublikasının təhsil və elm naziri Gintaras Steponaviçyus Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlığını bildirib. Qonaq Litva və Azərbaycan təhsil əlaqələrinin tarixindən və onun səmərəliliyindən, öz ölkəsinin təhsil sistemində aparılan islahatlardan söz açıb. Azərbaycanın təhsil nazirini Litva Respublikasına dəvət edən Gintaras Steponaviçyus hər iki ölkənin ali və orta məktəbləri arasında əməkdaşlığın yaxşılaşdırılması ilə bağlı təkliflərini irəli sürüb.
Görüş zamanı tərəflər ali məktəblərdə vauçer sisteminin tətbiqi, düstur əsasında maliyyələşmə və digər mövzular ətrafında müzakirələr aparıblar.
Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kestutis Kudzmanas da  görüşdə iştirak edib.


8 il əvvəl