“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun, “Təhsil Nazirliyi haqqında” Əsasnamənin, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Lissabon Konvensiyası”nın, Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”yanın, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 №-li Qərarı ilə təsdiq edilən «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalar»nın müddəalarına uyğun olaraq Təhsil sənədlərinin tanınması işi üzrə sektorun başlıca fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

- Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiya) həyata keçirir;

- Nostrifikasiya ilə əlaqədar yaradılmış Nazirliyin Ekspert Qrupunun fəaliyyətini təmin edir;

- Bu sahə üzrə mövcud qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət edir;

- Adı çəkilən fəaliyyət istiqamətləri üzrə işlərin yerinə yetirilməsi məqsədi ilə dövlət orqanları, ayrı-ayrı təşkilatlar, beynəlxalq qurumlarla əməkdaşlıq edir;

- Xarici ölkələrin bu sahədə iş təcrübəsinin öyrənilməsi və mütərəqqi cəhətlərin müəyyənləşdirilməsi, ölkədə tətbiqi üçün hüquqi-normativ və reqlamentləşdirici sənədlər barədə təkliflər ilə rəhbərlik qarşısında çıxış edilməsi.

 

Təhsil sənədlərinin tanınması işi üzrə sektorun işinin təşkili və vəzifələri:

- Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə əlaqədar vətəndaşlardan sənədlərin qəbulunu, araşdırılmasını, müvafiq sorğuların göndərilməsini, hazırlanmış şəxsi işlərin Nazirliyin Ekspert Qrupuna təqdim edilməsi təmin edir;

- Nazirliyin Ekspert Qrupunun rəyi əsasında əlavə araşdırmanı həyata keçirir;

- Nazirliyin Ekspert Qrupunun müsbət rəyi əsasında vətəndaşlara xarici dövlətin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamə təqdim olunur;

- Nazirliyin Ekspert Qrupunun əsaslandırılmış mənfi rəyi əsasında vətəndaşlara imtinanın səbələri barədə yazılı şəkildə məlumat verilir;

- Dövlət orqanlarından, digər təşkilatlardan və ayrı-ayrı vətəndaşlardan daxil olan sənədlərə tam və ətraflı baxılması və cavablandırılması;

- Ali təhsil haqqında xarici sənədlərin tanınması üzrə aparılan işlər barədə məlumat bankının formalaşdırılması;

- Ali təhsil haqqında xarici sənədlərin tanınması barədə müraciət etmiş vətəndaşların şəxsi işlərinin saxlanılması;

 

Təhsil sənədlərinin tanınması işi üzrə sektorunun fəaliyyətinin istiqamətləri və hüquqları:

 

http://www.coe.int/t/dg4/highereducation/recognition/lrc_EN.asp

 

- Ölkənin kadr ehtiyatlarının təmin olunmasında iştirak edir;

- Xaricdə alınmış təhsilin məzmunun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə ekspertiza üçün sənədləri Nazirliyin Ekspert Qrupuna təqdim edir;

- Nostrifikasiya ilə əlaqədar mövcud qanunvericiliyin tələblərinə uyğun müraciət edən vətəndaşlardan dövlət rüsumu alınır;

- Nostrifikasiya ilə əlaqədar göndərilən sorğuların vaxtında icra olunmasını tələb edir;

- Sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğuna nəzarət edir;

- Tanınmaq və ekvivalentlik haqqında Şəhadətnamə almaq üçün təqdim olunmuş ixtisasla Azərbaycan Respublikasında qüvvədə olan mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər arasında müəyyən fərqlər yarandığı və ya hazırlıq sahəsi Azərbaycan Respublikasında qəbul edilmiş ali ixtisas təhsilinin istiqamətlərinin və ixtisaslarının siyahısına uyğun gəlmədiyi halda sınaq yoxlamaları aparılır;

- Sektorun fəaliyyət dairəsinə aid bütün növdən olan reqlamentləşdirici, direktiv eləcə də təlimatı sənədlərin hazırlanması, müvafiq qaydada razılaşdırılması, onlara ekspert rəylərinin alınması, təsdiqi və düzgün icrasının təmin edilməsi.